Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti işlərinin təsdiq edilmiş layihə və iş qrafikinə uyğun təşkilini təmin etmək;
Tikinti sahəsində işçilər və briqadalar arasında iş bölgüsünü aparmaq;
Gündəlik iş planlarını hazırlamaq və icrasını təşkil etmək;
İşlərin texnoloji ardıcıllıqla və müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsinə nəzarət etmək;
Tikinti işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
İşçilərin və briqadaların fəaliyyətini koordinasiya etmək;
Tikinti materiallarının, alət və avadanlıqların iş prosesinə vaxtında təmin olunmasını təşkil etmək;
Material və resursların səmərəli istifadəsinə nəzarət etmək;
Tikinti sahəsində görülən işlərin həcmini və icra vəziyyətini yoxlamaq;
Aşkar edilmiş texniki və təşkilati problemlər barədə rəhbərliyə məlumat vermək;
İşlərin yerinə yetirilməsi ilə bağlı gündəlik məlumat və hesabatlar hazırlamaq;
Podratçı və digər işçi qrupları ilə işlərin koordinasiyasını təmin etmək;
Tikinti sahəsində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
İşçilərin verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin etmək;
Tikinti işlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək.
Tələblər
Tikinti mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
Minimum 3 il iş icraçısı kimi təcrübə;
Layihə oxuma bacarığı və texniki biliklər;
Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
İnşaat norma və qaydalarını bilməli;
İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları;
Məsuliyyətli, dəqiq və operativ işləmək qabiliyyəti
Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
