Vakansiya haqqında
Əsas vəzifələr
Aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
Fondun törəmə müəssisələrinin büdcələrinin hazırlanması, rüblük icrasına nəzarət edilməsi və müvafiq hesabatların hazırlanması;
Fondun törəmə müəssisələrinə mühasibatlıq xidmətləri göstərən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi;
Fondun törəmə müəssisələrinin mühasibat uçotu sənədlərinin və illik maliyyə hesabatlarının nəzərdən keçirilməsi;
Audit prosesində tələb olunan məlumat və sənədlərin təqdim edilməsi, habelə müvafiq hesabatların hazırlanmasına dəstək göstərilməsi;
Fondun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditinin təşkili, əlaqələndirilməsi və nəticələrinin təhlil edilməsi;
Alternativ investisiya pay fondlarından daxil olan ödəniş bildirişlərinin, mənfəətin bölüşdürülməsi bildirişlərinin və kapital hesabından çıxarış sənədlərinin mühasibat uçotu məqsədləri üçün nəzərdən keçirilməsi;
Öz vəzifə səlahiyyətləri daxilində investisiyalar üzrə mühasibin fəaliyyətinin əlaqələndirilməsi və nəzarət edilməsi;
Departament direktorunun tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi.
Tələblər
Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və mühasibat üçotunun aparılması üzrə bilik və praktiki təcrübə;
Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və/və ya nəzərdən keçirilməsi üzrə təcrübə;
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. Magistr təhsili üstünlükdür;
ACCA imtahanları üzrə sertifikatların olması üstünlükdür.
Müvafiq sahə üzrə təcrübə:4-6
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
