Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azərşəkər

Daxili audit üzrə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Təsdiq edilmiş illik Daxili Audit Planına uyğun audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək; Audit olunan proseslər üzrə riskləri, daxili nəzarət mexanizmlərini və mövcud prosedurları təhlil etmək; Audit proqramına uyğun olaraq sənədlərin, müqavilələrin, əməliyyatların, hesabatların və digər məlumatların yoxlanılmasını həyata keçirmək; Maliyyə və əməliyyat məlumatları üzrə analitik təhlillər aparmaq, kənarlaşmaları və qeyri-adi əməliyyatları müəyyən etmək; Müəyyən edilmiş uyğunsuzluqlar üzrə kifayət qədər və etibarlı audit sübutlarını toplamaq və sənədləşdirmək; Audit işçi sənədlərini müəyyən edilmiş metodologiyaya uyğun hazırlamaq və aparılmış audit prosedurlarının nəticələrini rəsmiləşdirmək; Audit müşahidələrinin və hesabat layihələrinin hazırlanmasında iştirak etmək; Audit fəaliyyəti zamanı əldə edilmiş məlumatların məxfiliyini, obyektivliyi və peşəkar etik prinsipləri qorumaq; Komanda üzvü qismində səmərəli çalışmaq, öhdəlikləri bölüşmək, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparmaq; Daxili Audit departamentində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirmək. Tələblər Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil; Müvafiq sahədə minimum 2 iş təcrübəsi; ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur; Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur; Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək; Kommunikasiya və təqdimat bacarıqları; Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı; Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik; Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində; MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. İşəgötürən: Eden Agro MMC Struktur: Daxili Audit Departamenti Birbaşa rəhbər: Daxili Audit Meneceri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.