Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Monitorinq və qiymətləndirmə şöbəsi, aparıcı məsləhətçi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq; Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək; Monitorinqin aparılması alətlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək; Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək; Sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək; İcra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək; Monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək; Monitorinq və qiymətləndirmə şöbəsinə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq; Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək; Tələblər Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil. Staja dair tələb: müvafiq sahədə ən azı 2 il iş təcrübəsi. Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır); Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır; Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.