Vakansiya haqqında
Əsas vəzifələr
Layihələrin ilkin mərhələdən (konsepsiya, dizayn) istehsal, sınaq və yekun təhvilə qədər bütün həyat dövrünün (Life Cycle) beynəlxalq standartlara uyğun idarə edilməsi.
Yüksək Təzyiqli Avadanlıqlar (Vessels) üzrə Nəzarət: Zavodumuzda istehsal olunan yüksək təzyiqli çənlərin və vessel-lərin ASME (Sec. VIII) kimi beynəlxalq standartlara qəti şəkildə uyğun hazırlanmasının təmin edilməsi.
Büdcə və Resursların Nəzarəti: Çoxmilyonluq layihə büdcələrinin tərtibi, xərclərə nəzarət, maliyyə proqnozlaşdırılması və resursların səmərəli bölgüsü.
Təchizat, İstehsal və Podratçılar: Avadanlıqların, xammalın (sertifikatlı polad plitalar, flanşlar və s.) satınalınması, sex daxili istehsalat, keyfiyyətə nəzarət (QC) və subpodratçıların fəaliyyətinin koordinasiyası
Keyfiyyət və HSE (ƏM, Texniki Təhlükəsizlik və Ətraf Mühit): Neft-qaz sektorunun yüksək təhlükəsizlik standartlarına və sıfır bədbəxt hadisə siyasətinə qəti şəkildə riayət olunmasının təmin edilməsi
Üçüncü Tərəf İnspeksiyaları (TPI) və Stakeholder-lər: Sifarişçilər, dövlət qurumları, daxili mühəndislik qrupları və beynəlxalq inspeksiya qurumları ilə effektiv əlaqələrin qurulması
Risk İdarəetməsi: Layihənin gedişatında yarana biləcək texniki, maliyyə və logistik risklərin əvvəlcədən qiymətləndirilməsi və aradan qaldırılması planlarının hazırlanması.
Tələblər
Ali təhsil-Bakalavr
Təcrübə tələbi:5-10 il
Dil biliyi:İngilis dili-Əla Rus dili-Əla
Komputer bacarıqları: Ms Word Ms Excel Outlook email sistemi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
