Vakansiya haqqında
Təsvir
PAŞA Property Management “SƏTƏMM nəzərətçisi” vakansiyası üzrə işə qəbul elan
edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property
Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir.
Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri
İş yerinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına, standartlara və
şirkət siyasətinə uyğun olmasını təmin etmək.
Müntəzəm risk
qiymətləndirmələri aparmaq, potensial təhlükələri müəyyənləşdirmək, nəzarət tədbirləri tətbiq etmək və iş yerində
riskləri azaltmaq.
Bütün növ qəzaları, sovuşan hadisələri araşdırmaq, kök
səbəbləri müəyyənləşdirmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tövsiyələr
vermək.
İşçilərin texniki təhlükəsizlik və ətraf mühit mövzularında
məlumatlılığını və səriştəsini artırmaq üçün təlimlər təşkil etmək və keçirmək.
İş yerinin, avadanlıqların və proseslərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək
üçün mütəmadi təhlükəsizlik yoxlamaları, auditlər və qiymətləndirmələr aparmaq.
SƏTƏMM üzrə prosedurları və iş təlimatları hazırlamaq və mütəmadi olaraq nəzərdən
keçirmək.
Təxliyyə planları hazırlanması və mütəmadi olaraq nəzərdən
keçirilməsi, təlimlərin keçirilməsi və işçi qüvvəsinin yanğınlar, kimyəvi sızmalar və təxliyələr kimi təcili hallara
hazır olmasını təmin etmək.
İcra edilən inspeksiyaları, auditləri, hadisə
araşdırmalarının nəticələrinin, düzəldici tədbirlər haqqında qeydləri system üzrində mütəmadi olaraq
yeniləmək.
Təhlükəsizlik performansı ilə bağlı rəhbərə hesabat vermək,
tələb olunan hesabatları təqdim etmək və şirkətin SƏTƏMM mədəniyyətini inkişaf etdirmək üçün təkmilləşdirmələr
təklif etmək.
Təhlükəsizlik performansını, problemləri və
təkmilləşdirmələri müzakirə etmək üçün müvafiq maraqlı tərəflərlə müntəzəm SƏTƏMM üzərə görüşləri təşkil
etmək.
SƏTƏMM qaydalarına önəmin nümayişi məqsədi ilə sahəyə
ziyarətlərini digər tərflər ilə koordinasiya etmək və təşkil etmək.
SƏTƏMM mədəniyyətini təbliğ etmək və sağlamlıq və təhlükəsizliyin ortaq məsuliyyət olduğu bir
mühit formalaşdırılmasında dəstək olmaq
Tələblər
Bakalavr dərəcəsi;
Sahə üzrə minimum 8 il
iş təcrübəsi;
NEBOSH və ya ekvivalent sertifikat;
ISO 45001, İSO14001 internal auditor sertifikatı
Yerli SƏTƏMM qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək
səviyyədə biliklər;
Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri
SƏTƏMM mövzularında təlim keçmək bacarığı;
Potensial təhlükələri müəyyən
etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə
bacarığı;
Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst
işləmə bacarığı;
İngilis sərbəst ünsiyyət və yazışma bacarığı
(üstünlükdür);
Ətraf mühit üzrə sertifikat
(üstünlükdür);
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
