Vakansiya haqqında
Təsvir
Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi;
Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi;
Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi;
Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi;
Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi;
Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi;
İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması;
Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması;
İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi;
İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi;
İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi.
Tələblər
Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir);
İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür);
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür;
İşə qəbul prosesinin müxtəlif mərhələləri, namizəd axtarışı və müsahibələrin aparılması üzrə praktiki biliklər;
Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti;
Yüksək ünsiyyət və təqdimat bacarıqları;
Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı;
Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik;
Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və müasir iş mühiti;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
İş şəraiti:
İş qrafiki: I–V günlər, 09:00–18:00;
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
