Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

Prodüser

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Video və foto layihələrinin çəkiliş prosesinin planlaşdırılması və təşkil edilməsi; Çəkiliş planının, iş qrafikinin və büdcənin hazırlanması, icrasına nəzarət edilməsi; Ssenarist, aparıcı, videograf və digər komanda üzvlərinin çəkiliş üzrə işinin koordinasiya edilməsi; Çəkiliş üçün məkan, iştirakçı, məhsul, rekvizit və texniki avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi; Çəkiliş məkanları, frilanserlər və təchizatçılarla danışıqların aparılması; Çəkilişdə istifadə olunacaq məhsulların funksiyalarının və düzgün istifadə qaydalarının əvvəlcədən öyrənilməsi, nümayiş üçün hazır vəziyyətə gətirilməsinin təmin edilməsi; Məhsul və rekvizitlərin çəkiliş məkanına vaxtında gətirilməsinin və çəkilişdən sonra geri qaytarılmasının təşkil edilməsi; Məhsul və avadanlıqların təhvil-təsliminin qeydiyyata alınması, komplektliyinin və vəziyyətinin yoxlanılması; Çəkiliş günü komanda işinin və logistikanın təşkil edilməsi, yaranan problemlərin operativ həll edilməsi; Çəkiliş zamanı məhsul, rekvizit və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət edilməsi; Çəkiliş anbarındakı məhsul və rekvizitlərin uçotunun aparılması, anbar qalığına və giriş-çıxışına nəzarət edilməsi; Rekvizitlərin saxlanmasının və təkrar istifadəyə hazır vəziyyətdə olmasının təmin edilməsi, çatışmayan rekvizitləri müəyyənləşdirərək tədarükünün təşkil edilməsi; İstehsal xərclərinin uçotunun aparılması və resursların səmərəli istifadəsinin təmin edilməsi. Tələblər Video və foto layihələrin təşkili (production) sahəsində minimum 1–2 il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və ingilis dili biliyi üstünlükdür; Çəkiliş mərhələlərini planlaşdırmaq, yaradıcı və texniki komandanı koordinasiya etmək, eləcə də təchizatçılarla danışıqlar aparmaq bacarığı; Çəkiliş avadanlıqları barədə baza bilikləri və məhsulların funksiyalarını tez mənimsəyərək çəkilişə hazırlamaq bacarığı; Büdcə, xərc uçotu, təhvil-təslim və anbar qalığına nəzarət üçün MS Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı; Logistikanı təşkil etmək, çəkiliş meydançasında operativ qərarlar vermək, məhsul və avadanlıqların komplektliyinə məsuliyyətli yanaşma; Sürücülük vəsiqəsinin olması üstünlükdür (B kateqoriyası). Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Müasir və rahat ofis şəraiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.