Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kristal

Memar

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tələblər: Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir); Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi; Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında); Archicad proqramlarında peşəkar işləyə bilmək; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; Portfolio göndərmək Vəzifələr: Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi; Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi; Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi; Eskiz və işçi layihələrinin hazırlanması; Baş planların hazırlanması; Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi; Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması; Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması; Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması; Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi. İş şəraiti 6 günlük iş qrafiki (şənbə yarı iş günü); İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24, Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.