Vakansiya haqqında
PMIS MMC komandamıza qoşulmaq və peşəkar inkişaf imkanlarından yararlanmaq istəyən namizədləri aşağıdakı vakansiyaya müraciət etməyə dəvət edir.
Junior Planning Engineer (Kiçik planlaşdırma mühəndisi)
Əsas vəzifə və öhdəliklər:
Layihələrin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
Layihə üzrə iş həcmlərinin, müddətlərin və resursların planlaşdırılmasına dəstək göstərmək;
İşlərin faktiki icra vəziyyətini izləmək və planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
Gündəlik, həftəlik və aylıq layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
Layihə üzrə gecikmələrin və mümkün risklərin müəyyənləşdirilməsinə dəstək göstərmək;
Layihə komandalarından zəruri məlumatları toplamaq və sistemləşdirmək;
MS Excel və planlaşdırma proqramlarından istifadə etməklə məlumatların təhlilini aparmaq;
Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
Mühəndislik, tikinti, inşaat, mexanika və ya digər müvafiq sahələr üzrə ali təhsil;
Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
MS Excel proqramı üzrə yaxşı biliklər;
Primavera P6 proqramları üzrə ilkin biliklər;
Layihə planlaşdırılması və qrafiklərin hazırlanması prinsipləri barədə ilkin anlayış;
Analitik düşünmə, detallara diqqət və məlumatlarla işləmək bacarığı;
Komandada işləmək və ünsiyyət bacarığı;
İngilis dili biliyi vacibdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - office@pmis.az
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
