Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin korporativ üslubuna uyğun kreativ dizaynların hazırlanması;
Yeni filmlərin nümayişi, premyeralar və xüsusi tədbirlər üçün reklam materiallarının hazırlanması;
Sosial media platformaları üçün vizual kontentlərin (post, story, banner, cover və s.) dizayn edilməsi;
Reklam kampaniyaları və marketinq layihələri üçün qrafik materialların hazırlanması;
Çap məhsulları, posterlər, flayerlər, bukletlər və digər promo materialların dizayn edilməsi;
Rəqəmsal və çap reklamları üçün vizual konseptlərin hazırlanması;
Mövcud dizaynların yenilənməsi və müxtəlif formatlara uyğunlaşdırılması;
Marketinq və PR komandası ilə sıx əməkdaşlıq edərək dizayn tapşırıqlarının vaxtında icrasının təmin edilməsi;
Dizayn trendlərinin izlənilməsi və kreativ yanaşmaların tətbiq edilməsi.
Namizədə tələblər
Qrafik dizayn sahəsində iş təcrübəsi;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
Adobe InDesign, After Effects və digər dizayn proqramlarını bilmək arzuolunandır;
Güclü kreativ düşüncə və vizual zövq;
Rəng, kompozisiya və tipoqrafiya qaydalarını bilmək;
Sosial media və çap materiallarının dizayn xüsusiyyətlərini bilmək;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı;
Komandada işləmək və operativ olmaq.
Təklif edirik
1 000 AZN NET əmək haqqı;
Həftənin 6 günü iş qrafiki;
Kreativ və dinamik iş mühiti;
Maraqlı reklam və marketinq layihələrində iştirak imkanı;
Peşəkar inkişaf perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
