Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Modern Construction Group

Draftsman (Çertyojçu) – Memarlıq üzrə

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: Qış parkinin yanı İş qrafiki: 09:00–18:00 Əmək haqqi musahibədə təyin olunur Vəzifənin əsas məqsədi Tikinti layihələri üzrə işçi çertyojların hazırlanması. AutoCAD proqramında texniki çertyojların işlənməsi. Plan, kəsik, fasad və konstruktiv detalların hazırlanması. Layihə sənədlərində ölçü və texniki göstəricilərin düzgün tətbiq edilməsi. Layihə üzrə dəyişikliklərin çertyojlarda əks etdirilməsi. Tikinti sahəsindən daxil olan ölçülər əsasında çertyojların yenilənməsi. As-built (faktiki icra vəziyyəti) çertyojlarının hazırlanması. Layihə rəhbəri, mühəndislər və memarlarla koordinasiyalı işləmək. Layihə sənədlərində texniki uyğunsuzluqların müəyyən edilməsi. Çertyojların və texniki sənədlərin sistemli şəkildə arxivləşdirilməsi. Namizədə tələblər Ali təhsil. Tikinti və layihələndirmə sahəsində minimum 1-3 il iş təcrübəsi. AutoCAD proqramında sərbəst işləmək bacarığı. Tikinti çertyojlarını oxumaq və hazırlamaq bacarığı. Revit və ya ArchiCAD bilikləri üstünlükdür. Texniki sənədlərlə işləmək bacarığı. Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik. Komandada işləmək bacarığı. CV-nizi mövzu hissəsində “Draftsman Memarliq üzrə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.