Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azəriş LTD

DNŞ üzrə Mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Şirkətimiz komandamıza qoşulacaq DNŞ üzrə Mütəxəssis vəzifəsinə peşəkar namizədləri dəvət edir. Vəzifə öhdəlikləri: Təhkim olunmuş ərazi üzrə iş proseslərinin təşkili və icrasına nəzarət etmək; Müvafiq fəaliyyət istiqaməti üzrə gündəlik işlərin planlaşdırılmasını və koordinasiyasını təmin etmək; Ərazi üzrə mütəmadi monitorinqlər həyata keçirmək və mövcud vəziyyəti qiymətləndirmək; İş prosesində yaranan problemləri və uyğunsuzluqları müəyyən etmək, onların aradan qaldırılması istiqamətində tədbirlər görmək; Müvafiq struktur bölmələr və aidiyyəti şəxslərlə işgüzar əlaqələri koordinasiya etmək; Görülmüş işlər, müşahidələr və nəticələr üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Namizədə dair tələblər: Bəy namizədlər; Müvafiq sahə üzrə ali təhsil; Minimum 2 il iş təcrübəsi; Şəxsi avtomobilin olması mütləqdir; MS Office proqramları, xüsusilə Excel üzrə işləmək bacarığı; Xarici dil bilikləri üstünlükdür; Məsuliyyətlilik, operativlik və müstəqil işləmək qabiliyyəti; Əməkhaqqı: 1000–1200 AZN (namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək). Şirkət tərəfindən təminatlar: Şəxsi avtomobilin istifadəsinə görə amortizasiya ödənişi; Yanacaq təminatı; Nahar təminatı. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “DNŞ üzrə Mütəxəssis” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.