Vakansiya haqqında
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrasına rəhbərlik etmək üçün təcrübəli Fit-out Manager axtarır.
İdeal namizəd fit-out layihələrini planlaşdırmağı, komandanı idarə etməyi, layihənin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamağı bacarmalıdır.
Vəzifə öhdəlikləri
Fit-out layihələrinin planlaşdırılması, icrası və təhvili
Layihə büdcəsi, qrafiki və keyfiyyətinə nəzarət
Memarlıq və dizayn cizgilərinin (Shop Drawings) yoxlanması və sahədə düzgün tətbiqinin təşkili
İnteryer işləri ilə MEP (mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrinin koordinasiyası
İş həcmlərinin (metraj/BOQ), material smetası və xərc proqnozlarının yoxlanması
Podratçılar, təchizatçılar, mühəndislər və alt komandalarla əlaqələndirmə
Müştəri və konsultantlarla görüşlərin keçirilməsi
İş təhlükəsizliyi (HSE) və normativ qaydalara riayət olunmasına nəzarət
Layihə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Əsas tələblər
Tikinti, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
Fit-out (təmir-tamamlama) və interyer layihələrinin icrası üzrə ən azı 5 illik təcrübə (ən azı 2 il rəhbər vəzifədə)
Memarlıq və dizayn cizgilərini dərindən oxumaq və təhlil etmək bacarığı
MEP sistemləri ilə interyer işlərinin koordinasiyası təcrübəsi
Büdcə, smeta və kəmiyyət hesablamaları (BOQ) üzrə bilik
Layihə idarəetməsi biliyi (MS Project / Primavera üstünlükdür)
AutoCAD (və ya Revit) proqramında işləmək bacarığı
Güclü liderlik və komanda idarəetmə bacarığı
Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (yaxşı), rus dili (arzuolunandır)
Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla texniki detalları dəqiqləşdirməyi və prosesdə yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.
Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
