Vakansiya haqqında
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrası prosesində iştirak etmək üçün ən azı 2 il təcrübəsi olan Fit-Out Mühəndisi axtarır.
İdeal namizəd interyer (təmir-tamamlama) işlərinin texniki detalları üzrə dərin biliyə malik olmalı, layihənin icrasına nəzarət etməyi və cizgilərin sahədə düzgün tətbiqini təşkil etməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri
Fit-out işlərinin sahədə icrasına və gündəlik nəzarətə
Layihə sənədlərinin, çertyojların və spesifikasiyaların yoxlanması
Material və avadanlıq tələblərinin müəyyən edilməsi
İş həcmlərinin (BOQ) hesablanması və aktların hazırlanması
Podratçıların işinin keyfiyyət və təhlükəsizlik baxımından yoxlanması
Gündəlik və həftəlik hesabatların hazırlanması
Fit-out Manager ilə sıx əməkdaşlıq
Əsas tələblər
Fit-out (təmir-tamamlama), interyer layihələrinin icrası və sahə mühəndisliyi üzrə ən azı 2 illik iş təcrübəsi
Layihə və cizgilərin koordinasiyası: Memarlıq və dizayn cizgilərini (Shop Drawings) dərindən oxumaq və təhlil etmək bacarığı. İnteryer (tamamlama/mebel) işləri ilə mühəndislik (MEP: mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrini sahədə koordinasiya etmək və dizaynı texniki reallığa uyğunlaşdırmaq
Dəqiq material smetası və xərc proqnozlarını təmin etmək üçün kəmiyyət hesablamalarının (metraj/BOQ) aparılması
Bütün görülən işlərin tikinti-quraşdırma standartlarına və spesifikasiyalara cavab verməsini təmin etmək üçün layihə komandası ilə sıx əməkdaşlıq
Təmir-quraşdırma prosesinə birbaşa nəzarət etmək və layihələrin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamaq
Tikinti sahəsindəki işlərin normativ qaydalara və layihə tələblərinə uyğunluğunun təmin edilməsi
Mövcud cizgilərdə sahəyə uyğun operativ düzəlişlər edə bilmək üçün AutoCAD (və ya Revit) proqramında sərbəst işləmək bacarığı
Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (arzuolunandır)
Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla (və ya istehsalat qrupu ilə) texniki detalları dəqiqləşdirməyi və quraşdırma/təmir prosesində yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.
Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
