Vakansiya haqqında
Beynəlxalq brendlərlə işləmək, ezamiyyətlərə getmək və real biznes proseslərinin içində olmaq istəyirsiniz?
İT və təhlükəsizlik texnologiyaları sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün əla fürsət!
Biz Brend meneceri axtarırıq.
Vəzifənin məqsədi
Brend meneceri şirkətin brend portfelinə daxil olan beynəlxalq və yerli brendlərin strateji idarə olunması, bazarda mövqeləndirilməsi və inkişafına cavabdeh olacaqdır.
Vəzifə aktiv kommunikasiya, təqdimatların keçirilməsi və beynəlxalq tərəfdaşlarla birbaşa işləməyi nəzərdə tutduğundan, xarici dilləri yüksək səviyyədə bilmək mütləq tələbdir.
Əsas vəzifə öhdəlikləri
Brendlər üzrə qısamüddətli və uzunmüddətli strateji planların hazırlanması və icrası
Brendlərin bazarda mövqeləndirilməsi və kommunikasiya strategiyasının formalaşdırılması
Beynəlxalq istehsalçılar və tərəfdaşlarla ingilis dilində aktiv yazışmaların və görüşlərin aparılması
Yeni məhsulların bazara çıxarılması və təqdimatların hazırlanması
Marketinq kampaniyalarının planlaşdırılması və icrasına nəzarət
Satış şöbəsi ilə koordinasiyalı fəaliyyətin təşkili
Bazar və rəqib analizlərinin aparılması
Brendlər üzrə hesabat və təqdimat materiallarının hazırlanması
Namizədə tələblər
Marketinq, biznesin idarə olunması, İT və ya əlaqəli ixtisas üzrə ali təhsil
Brend menecmenti və ya marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi
Analitik və strateji düşüncə qabiliyyəti
Güclü təqdimat, yazılı və şifahi kommunikasiya bacarıqları
Texnologiya və İT məhsulları sahəsinə maraq və ya təcrübə üstünlük hesab olunur
Dil bilikləri:
Azərbaycan dili — sərbəst
İngilis dili — yüksək səviyyədə (yazılı və şifahi)
Rus dili — yüksək səviyyədə (yazılı və şifahi)
Biz təklif edirik
Beynəlxalq brendlərlə birbaşa işləmək imkanı
Stabil və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
Peşəkar inkişaf və real qərarvermə proseslərində iştirak
Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiyaedici iş mühiti
Şəhər mərkəzində ofis + 5 günlük iş qrafiki
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Brend meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
