Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Fostanpak MMC

Qida əlavələri üzrə satış və satınalma mütəxəssisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Qida əlavələrinin tərkibi, xüsusiyyətləri, istifadə təyinatı və texniki göstəriciləri barədə məlumatlı olmaq; Qida əlavələri bazarını, yeni məhsulları və istehsalçıları araşdırmaq; Xarici istehsalçı və təchizatçılarla məhsul seçimi istiqamətində araşdırmalar aparmaq; Məhsulların xaricdən sifariş edilməsi üçün satınalma şöbəsi ilə koordinasiyalı işləmək; Məhsulların texniki sənədlərini, spesifikasiyalarını, tərkibini və keyfiyyət sertifikatlarını araşdırmaq; Yeni məhsulların çeşidinin formalaşdırılması və məhsul portfelinin genişləndirilməsi ilə bağlı təkliflər vermək; Şirkətə daxil olan qida əlavələrinin satışını təşkil etmək və həyata keçirmək; Mövcud və potensial müştərilərlə əlaqələr qurmaq, məhsullar barədə ətraflı məlumat vermək; Müştərilərin tələbatını müəyyən etmək və uyğun məhsullar təklif etmək; Satış planlarının yerinə yetirilməsini təmin etmək; Satış nəticələri, bazar tələbatı və məhsul dövriyyəsi barədə hesabatlar hazırlamaq; Rəqib şirkətlərin məhsullarını və bazar qiymətlərini araşdırmaq. Namizəddən tələblər: Qida texnologiyası, qida mühəndisliyi,biotexnologiya və ya müvafiq sahələr üzrə ali təhsil arzuolunandır; Qida əlavələrinin tərkibi və xüsusiyyətləri barədə biliklər; Qida əlavələri sahəsində iş təcrübəsi üstünlükdür; Xanım namizədlərə üstünlük veriləcək. Satış və müştərilərlə ünsiyyət bacarığı; Satınalma və təchizat prosesləri barədə məlumatlılıq; Xarici təchizatçılarla danışıq aparmaq üçün rus və ya ingilis dili biliyi mütləqdir; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşünmə, araşdırma və təqdimat bacarığı; Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı İş şəraiti: İş qrafiki: 6 günlük iş qrafiki (6cı gün qısa iş günü) İş yeri: Binəqədi r,Binəqədi qəsəbəsi Əmək haqqı: Müsahibə əsasında danışılacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.