Vakansiya haqqında
Azeri Mining Group MMC Satınalma və Təchizat şöbəsi üzrə Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi;
Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması;
Satınalma və logistika əməliyyatları üzrə məlumatların ERP sistemində qeydiyyata alınması.
Namizədə dair tələblər
İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır;
Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı;
İngilis dili biliyi – yaxşı səviyyədə;
Analitik düşünmə, detallara diqqət və ünsiyyət bacarıqları.
İş şəraiti
İş yeri: Xırdalan;
İş qrafiki: 5 günlük, 09:00–18:00;
Əmək haqqı: 500–600 AZN;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
