Vakansiya haqqında
“CRONOS Construction” MMC komandasına Texniki ofis rəhbəri vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır.
Tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti qanunvericiliyi, tikinti norma və qaydaları üzrə biliklər;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Texniki şöbənin idarə olunması və rəhbərliyi üzrə təcrübə;
MS Office, Outlook, AutoCAD və Primavera proqramlarında işləmək bacarığı;
Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və həll yolları təklif etmək bacarığı;
Hesabatların hazırlanması və təhlili bacarığı;
Komanda idarəetməsi və koordinasiya bacarığı.
Əsas vəzifə və öhdəliklər:
Texniki ofisin fəaliyyətini təşkil və idarə etmək, şöbənin işinə rəhbərlik etmək;
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
Layihə-smeta sənədlərinin hazırlanmasını, yoxlanılmasını və icrasını təmin etmək;
Sifarişçilərdən və subpodratçılardan daxil olan smeta sənədlərini yoxlamaq, onların tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq;
Tikinti işlərinin həcmini, material və əlavə xərcləri hesablamaq, görülmüş işlərin uçotunu aparmaq;
Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək;
Layihələrin icrasına, iş qrafiklərinə və layihə planlarına uyğunluğa nəzarət etmək;
Layihə sənədləşmə sistemini təşkil və idarə etmək (Çizimlər, NFI, RFI, MA, MS və digər texniki sənədlər);
Laboratoriya nəticələrinin, material sertifikatlarının və texniki sənədlərin hazırlanmasını və toplanmasını təşkil etmək;
Subpodratçılar üçün texniki spesifikasiyaların hazırlanmasını təmin etmək;
Material sifarişləri və təchizat prosesinə texniki nəzarət etmək;
Mühəndislik və tikinti qrupları arasında koordinasiyanı təmin etmək;
Müqavilələr üzrə texniki öhdəliklərin icrasına nəzarət etmək;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
Tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarət prosesində iştirak etmək;
Təhvil-təslim prosedurlarını təşkil etmək və müvafiq sənədləri hazırlamaq;
Şöbənin aylıq fəaliyyəti və görülmüş işlər barədə şirkət rəhbərliyinə hesabat təqdim etmək.
İş şəraiti:
İş rejimi: 5 günlük, 09:00–18:00;
Əmək haqqı: Müsahibə əsasında;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin olunur.
Tələblərə uyğun namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində “Texniki ofis rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
