Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi
Təminat: Şirkət tərəfindən nahar yeməyi ilə təmin olunma.
Əmək haqqı: Başlanğıc olaraq 1200 net
Vəzifə öhdəlikləri:
Kargüzarlıq və ƏMAS əməliyyatları: Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi və müvafiq sənədləşmənin icrası.
Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi.
İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi, müsahibə və görüşlərin keçirilməsi.
Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması, monitorinqi və əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) hazırlanması.
Daxili nəzarət və tədbirlər: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi. Team building və training-lərin təşkil olunması, həmçinin filiallara mütəmadi baş çəkmək.
Hesabatlılıq: Fəaliyyətlə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi və qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtibi.
Namizədə tələblər:
Təhsil: Ali təhsil.
Təcrübə: İR və işə qəbul sahəsində ən azı 3 il iş təcrübəsi.
Qanunvericilik: AR Əmək Məcəlləsini yüksək səviyyədə bilmək.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.Rus dili, İngilis dili bilikləri üstünlükdür.
Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtı idarəetmə, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları.
Əlavə bacarıqlar: Tədris və kadrların inkişafı sahəsində təcrübəyə sahib olmaq.
Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Mövzu (subject) hissəsində "HR Manager" yazılması mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
