Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

BOA Agency

İnsan Resursları üzrə aparıcı mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər. Vəzifə öhdəlikləri: Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərin əmrinə uyğun olaraq işçilərin işə qəbulunun rəsmiləşdirilməsi, lazımi sənədlərin hazırlanması; Məzuniyyət qrafikinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi; İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, əmək haqqı və vəzifə dəyişikliyi, mükafat, xəbərdarlıq, töhmət, avans və s. bütün növ əmrlərin və digər əlaqəli sənədlərin hazırlanması; Əmək müqaviləsi bildirişlərinin və əmək müqaviləsinə edilən bütün dəyişikliklərin elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi; Yeni işçilərin bütün şəxsi məlumatlarının, işdən çıxanların, vəzifə və əmək haqqı dəyişikliklərinin Tabus proqramına qeyd edilməsi; Əmək haqqı tabelinin hazırlanması, mütəmadi olaraq bütün məzuniyyət və ezamiyyə əmrlərinin, vəzifə və əmək haqqı dəyişikliklərinin, icazə, xəstəlik vərəqəsi və s. davamsızlıq hallarının tabelə əlavə edilməsi; İşdən azad olunan işçinin qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi, kompensasiyaların hesablanması, təhvil-təslimin həyata keçirilməsi; İşçilərin davamiyyət faylının hazırlanması; Hamiləlik və doğuşa görə məzuniyyət ilə əlaqədar sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi; Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi; İR üzrə menecerin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi. Vakant vəzifə üzrə tələblər: Yaş həddi: 25-35; Ali təhsil; Müvafiq vəzifə üzrə min. 1-2 il iş təcrübəsi; Əmək qanunvericiliyinin əsaslarını bilməli; MS Office (Word, Excel, PowerPoint, Outlook və s.); Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus və İngilis dili bilikləri arzu olunandır; İR üzrə müvafiq sertifikatların olması zəruridir; Sənədlərlə işləmək bacarığı; Problem həll etmək bacarığı; Ciddi, intizamlı, səliqəli, məsuliyyətli, dəqiq və etibarlı olmalı. İş şəraiti: İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); Şənbə və bazar istirahət; Nahar fasiləsi: 13:00 – 14:00. Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Karyera və inkişaf perspektivləri; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı. Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır. Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.