Vakansiya haqqında
İş şəraiti
Fəaliyyət sahəsi: Topdansatış və ticarət
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 1 300 – 1 500 AZN
Vəzifə öhdəlikləri
Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılması;
Alış və satış əməliyyatlarının uçotu, elektron qaimə-fakturaların hazırlanması və yoxlanılması;
Vergi, DSMF, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
Bank əməliyyatlarının, köçürmələrin və ödənişlərin həyata keçirilməsi;
Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
Anbar və mal-material ehtiyatlarının uçotuna nəzarət;
Əməkhaqqının hesablanması və müvafiq hesabatların hazırlanması;
Rəhbərlik üçün maliyyə, satış, alış və digər analitik hesabatların hazırlanması;
Zərurət yarandıqda xüsusi hesablamaların və maliyyə təhlillərinin aparılması.
Namizədə tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu üzrə yaxşı biliklər;
Vergi və digər rəsmi hesabatları müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
Güclü riyazi və analitik düşünmə qabiliyyəti;
Məlumatları təhlil etmək, məntiqi nəticələr çıxarmaq və problemləri müstəqil həll etmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və işə sistemli yanaşma.
Üstünlük veriləcək namizədlər
Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər;
Ticarət və topdansatış şirkətlərində mühasibatlıq təcrübəsi olanlar;
Excel proqramında mürəkkəb hesabatlar hazırlamaq və böyük məlumat bazaları ilə işləmək bacarığı olanlar;
Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər.
Biz nə təklif edirik?
Stabil və inkişaf perspektivi olan iş mühiti;
Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
Rəhbərliklə birbaşa işləmək və şirkətin maliyyə proseslərinin qurulmasında iştirak etmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
