Vakansiya haqqında
“Royal Sea Breeze Operation” MMC “Royalé Casino”da “Hüquqşünas” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Müxtəlif növ kommersiya, korporativ və mülki-hüquqi müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət;
Korporativ sənədlərin, o cümlədən təsis sənədlərinin, nizamnamələrin, qərarların, protokolların və etibarnamələrin hazırlanması və hüquqi baxımdan yoxlanılması;
Şirkətin korporativ idarəetmə proseslərinə hüquqi dəstəyin göstərilməsi;
Şirkətin təsisçiləri, iştirakçıları və digər maraqlı tərəfləri ilə bağlı korporativ hüquqi məsələlərin həlli;
Şirkətin strukturunda və korporativ məlumatlarında baş verən dəyişikliklərin hüquqi sənədləşdirilməsinin təmin edilməsi;
Hüquqi rəylərin, arayışların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanması;
Şirkətin fəaliyyətinə aid mülki, əmək və vergi hüququ məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi;
Şirkətin maraqlarının qorunması məqsədilə iddia ərizələrinin, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla korporativ və hüquqi məsələlər üzrə yazışmaların aparılması;
Hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi istiqamətində təkliflərin hazırlanması;
Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsinə hüquqi dəstəyin göstərilməsi.
Namizədə dair tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Korporativ və müqavilə hüququ üzrə biliklər, hüquqi sənədlərin hazırlanması, yoxlanılması və danışıqların aparılması sahəsində təcrübə;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
Hüquqi və tənzimləyici riskləri müəyyən etmək, qiymətləndirmək, minimuma endirmək və praktiki həll yolları təklif etmək bacarığı;
Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
İngilis və rus dili bilikləri üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə (5/2);
İş yeri: Sea Breeze, Nardaran, Bakı;
Əlavə üstünlüklər: Şirkət tərəfindən nəqliyyat və nahar ilə təmin olunma;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
