Vakansiya haqqında
Təsvir
Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis texniki tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və satınalma prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
Yerli və beynəlxalq bazarların araşdırılması, uyğun vendor və təchizatçıların seçilməsi;
Son istifadəçi ilə texniki razılaşdırmaların aparılması, PR-ların düzgün analiz edilməsi və uyğun vendorlara yönləndirilməsi;
Təchizatçılarla danışıqlarda iştirak, müqavilə və satınalma sifarişlərinin (PO) hazırlanması;
Satınalma planının qrafikə uyğun icrasının təmin edilməsi;
Sahəyə baxışların keçirilməsi, texniki görüşlərdə iştirak;
Alternativ, sərfəli və keyfiyyət tələblərinə uyğun həllərin təklif edilməsi;
SAP sistemində satınalma sənədlərinin hazırlanması;
Tələblər
Təhsil: Müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil (mütləq tələb);
Dil bilikləri: İngilis və Rus - səlis;
Təcrübə: Minimum 3 il;
Xüsusi tələblər:
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Stresə davamlılıq;
Kritik işlərdə çevik davranma;
İT bilikləri: MS Office və digər;
Təlim və sertifikatlar: CİPS (arzuolunandır) və digər oxşar;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
