Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Feldşer müalicə-profilaktika və sanitar-profilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardım göstərilməsini həyata keçirir;
Laborator tədqiqatlar aparır;
Xəstəliklərin terapiya və profilaktikasının müasir metodlarından istifadə edərək ən çox rast gəlinən xəstəliklərin tipik hallarının diaqnostikasını aparır və müalicə təyin edir, resept yazır;
Həkiməqədər tibbi yardımı göstərir;
Əməliyyatlar və mürəkkəb prosedurlar zamanı həkimə assistentlik edir, normal doğuşları qəbul edir;
Cari sanitar nəzarətini həyata keçirir, epidemiya əleyhinə tədbirləri təşkil edir və aparır;
Əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil edir və aparır;
Uşaqlara və böyüklərə profilaktik peyvəndləri təşkil edir və aparır;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata keçirir;
Dərman preparatlarının saxlanılması, qeydiyyatı və silinməsini, pasiyentlər tərəfindən dərman preparatlarının qəbul edilməsi qaydalarına riayət olunmasını təmin edir;
Tibbi qeydiyyat-hesabat sənədləşdirməsini aparır;
Xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar maarifləndirmə işini apar;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir;
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
