Vakansiya haqqında
Şirkətimizdə açıq olan Videoqraf / Reels Maker vakansiyasının platformanızda yerləşdirilməsini xahiş edirik.
Əsas vəzifə öhdəlikləri:
Sosial media platformaları üçün video və Reels kontentlərinin çəkilişi;
Videoların montajı və redaktəsi;
Kreativ video ideyalarının hazırlanması və həyata keçirilməsi;
Sosial media trendlərinə uyğun keyfiyyətli vizual kontentin yaradılması.
Namizədə tələblər:
Xanım namizəd
Videoçəkiliş və montaj sahəsində təcrübə;
CapCut, Adobe Premiere Pro və ya digər montaj proqramları ilə işləmək bacarığı;
Kadr quruluşu, işıqlandırma və vizual estetika üzrə biliklər;
Şəxsi peşəkar çəkiliş avadanlığı olan namizədlərə üstünlük verilir;
iPhone 16 və ya iPhone 17 ilə keyfiyyətli videoçəkiliş bacarığı olan namizədlərin müraciətləri də dəyərləndiriləcək.
İş şəraiti:
İş qrafiki: Həftədə 5 gün, 10:00–18:00
Əməkhaqqı: 1 000 AZN
İş ünvanı: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 36B
Namizədlərdən CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində “Videoqraf / Reels Maker” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
