Vakansiya haqqında
Fəaliyyət sahəsi: Korporativ və kommersiya hüququ
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat, ofisdaxili
Avtomobillərin beynəlxalq idxalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə ofisdaxili hüquqşünas-vəkil tələb olunur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlük mütləq şərtdir.
Vəzifə öhdəlikləri
Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətinin həyata keçirilməsi;
Müştərilərlə bağlanan müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizası;
Müqavilə öhdəlikləri, gecikmələr və mübahisələrlə bağlı hüquqi tədbirlərin görülməsi;
Müştəri şikayətlərinin, pretenziyaların və rəsmi müraciətlərin araşdırılması;
Məhkəmələrdə və digər dövlət orqanlarında şirkətin maraqlarının təmsil edilməsi;
İddia ərizələrinin, etirazların, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
Xarici təchizatçılarla müqavilələrin və kommersiya münasibətlərinin hüquqi qiymətləndirilməsi;
Debitor borclarının hüquqi qaydada tələb edilməsi və mübahisələrin həlli;
Şirkət rəhbərliyinə hüquqi rəylərin və tövsiyələrin təqdim edilməsi.
Namizədə tələblər
Ali hüquq təhsili;
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq — mütləqdir;
Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan müvafiq status;
Mülki, kommersiya və müqavilə hüququ sahəsində praktiki təcrübə;
Məhkəmə proseslərində təmsilçilik təcrübəsi;
Hüquqi sənədləri müstəqil və peşəkar səviyyədə hazırlamaq bacarığı;
Güclü hüquqi təhlil və danışıqlar aparmaq qabiliyyəti;
Yüksək məsuliyyət, məxfilik və iş intizamı.
Korporativ hüquq, avtomobil ticarəti, idxal əməliyyatları və müştəri mübahisələri üzrə təcrübə üstünlükdür.
İş şəraiti
Tam ştat, ofisdaxili iş;
İş saatları: 10:00–19:00;
Əməkhaqqı namizədin təcrübəsinə və peşəkar bacarıqlarına əsasən razılaşdırılacaq;
Davamlı hüquqi praktika və peşəkar iş mühiti;
Uzunmüddətli əməkdaşlıq imkanı.
Müraciət üçün - WhatsApp: +994 10 310 05 06
Namizədlərdən CV-lərini və Vəkillər Kollegiyasına üzvlükləri barədə məlumatı təqdim etmələri xahiş olunur.
Müraciət mövzusu: “Hüquqşünas – Vəkil”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
