Vakansiya haqqında
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud satış potensialının genişləndirilməsi məqsədilə təcrübəli Satış Müdiri axtarır.
Əsas vəzifə və öhdəliklər
Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
Yeni korporativ müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
İstehsalat, sənaye, tikinti və digər biznes sektorlarında müştəri əlaqələrinin inkişaf etdirilməsi;
B2B satış kanallarının genişləndirilməsi;
Potensial müştərilərlə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması;
Satış planlarının və gəlir hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət;
Müştəri portfelinin formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
Satış komandasının idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi;
Bazarın, rəqiblərin və müştəri tələbatının təhlili.
Namizədə tələblər
Satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il təcrübə;
İstehsalat, sənaye, tikinti və ya korporativ satış sahəsində təcrübə;
Tikinti müəssisələri, iri şirkətlər və korporativ müştərilər arasında formalaşmış işgüzar əlaqələrə malik olmaq;
Yeni müştərilərin cəlb edilməsi və satış kanallarının yaradılması bacarığı;
Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması bacarığı;
Satış komandasını idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq qabiliyyəti;
Analitik düşüncə və nəticəyönümlülük.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
İdarəetmə və qərarvermə səlahiyyəti;
Peşəkar inkişaf və karyera imkanları;
İnkişaf potensialı olan istehsalat müəssisəsində rəhbər vəzifə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
