Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

VMF Natural Frequencies

Mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

VMF şirkətinə Mühasib tələb olunur! VMF şirkətinin Qobu ofisi üçün mühasibatlıq əməliyyatlarını dəqiq və vaxtında həyata keçirəcək, məsuliyyətli və təcrübəli mühasib axtarırıq. Şərtlər: Əməkhaqqı: 700 AZN (net) İş qrafiki: 6 günlük İş yeri: Qobu ofisi Servis: İnşaatçılar ərazisindən Qobuya servis xidməti mövcuddur. Əsas vəzifələr: Debitor və kreditor borclarına nəzarət, qarşılıqlı hesablaşmaların üzləşdirilməsi; Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi; Ölkədaxili və xarici bank ödənişlərinin hazırlanması və icrası; Əməkhaqqı köçürmələrinin həyata keçirilməsi; Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənməsi; Sənədlərin və hesablaşmaların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi. Namizədə tələblər: Mühasibatlıq üzrə praktiki bilik və müvafiq iş təcrübəsi; 1C Kompleks Avtomatlaşdırma proqramında sərbəst işləmək bacarığı; İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək; Diqqətli, dəqiq və məsuliyyətli olmaq; Analitik düşünmə və detallara diqqət; Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı; Rus dili biliyi üstünlükdür. CV-nizi e-mailin mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Əlaqə: 050 257 80 36

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.