Vakansiya haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Uzaqdan iş / Onlayn
Vəzifənin təsviri
Bu vəzifənin rolu geyim sektoruna aid mağazalarda videmonitorinq aparmaqdır. Vəzifə videomüşahidə vasitəsilə uyğunsuzluqların, qayda pozuntularının və itki riski yaradan halların aşkar edilməsinə, aidiyyəti üzrə məlumatlandırılmasına və nəticələrin izlənilməsinə dəstək göstərir.
Öhdəlikləri:
Videomonitorinqin aparılması
İş planı və ayrıca sifarişlər əsasında videonəzarəti həyata keçirir.
Mağazalarda əməliyyat proseslərini videomüşahidə vasitəsilə izləyir və riskli halları müəyyən edir.
Uyğunsuzluqların bildirilməsi və nəticələrin izlənilməsi
Aşkar olunmuş uyğunsuzluqlar və qayda pozuntuları haqqında aidiyyəti üzrə məlumat verir və nəticəni izləyir.
Aşkar edilmiş hallar üzrə qısa qeyd və ya hesabat hazırlayır, zəruri sübut materiallarının saxlanılmasına dəstək göstərir.
Məxfilik və məlumatların qorunması
Videomaterialların və aşkar edilmiş məlumatların məxfiliyini qoruyur.
Videoyazılardan yalnız iş məqsədləri və səlahiyyət çərçivəsində istifadə edilməsini təmin edir.
Məsuliyyət sahəsi:
Video-monitorinq
Tələblər
Professional Biliklər
VivaTech, HIKCVISION, SmartPSS proqramlarını bilmək arzuolunandır
MS Office Proqramları
Təhsil
Ali təhsil arzuolunandır
İş Təcrübəsi
İş təcrübəsi tələb edilmir
Professional Bacarıq və Kompetensiyalar
Detallara diqqət
Məsuliyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
