Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

Paketləyici (Hərbi sənaye istehsal sahəsi üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Qeyd - Hazır məhsulların qablaşdırılması və markalanması İş şəraiti Departament - İstehsalat departamenti İş yeri - Bakı şəhəri (yaxın aylarda Sumqayıt şəhəri) İş qrafiki - 5 günlük iş həftəsi İş saatları - 09:00 – 18:00 (1 saat nahar və istirahət fasiləsi) Əmək haqqı - 600 AZN (net) (sınaq müddəti – ilk 3 ay) / 800 AZN (net) (sınaq müddətindən sonra) Əmək müqaviləsi Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır. Əmək funksiyaları Hazır məhsulların texniki tələblərə və təlimatlara uyğun qablaşdırılması; Qablaşdırmadan əvvəl məhsulun miqdarının, komplektliyinin və xarici görünüşünün yoxlanılması, zədəli və ya uyğunsuz məhsul aşkar edildikdə rəhbərliyə məlumat verilməsi; Qablaşdırma materiallarından (karton və taxta qutular, köpük, streç-plyonka, lent və s.) düzgün və qənaətlə istifadə edilməsi; Qablaşdırılmış məhsulların markalanması, etiketlənməsi, çəkilməsi və müşayiət sənədlərinin qutuya əlavə edilməsi; Qablaşdırılmış məhsulların anbara təhvil verilməsi və ya göndərişə hazırlanmasında anbardarla birgə işləmək; Qablaşdırılan məhsulların uçot jurnalında qeydiyyatının aparılması; Qablaşdırma materiallarının qalığına nəzarət edilməsi və vaxtında sifariş üçün məlumat verilməsi; İş yerinin və qablaşdırma sahəsinin təmiz və səliqəli saxlanılması; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına, habelə müdafiə sənayesi sahəsinə xas məxfilik rejiminə ciddi əməl edilməsi; Rəhbərliyin tapşırığı ilə istehsalatla bağlı digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Orta və ya orta ixtisas (peşə) təhsili; Qablaşdırma, anbar və ya istehsalat sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır; Fiziki dözümlülük, ayaq üstə işləmək bacarığı; Diqqətlilik, dəqiqlik və səliqəlilik; Etiket, marka və müşayiət sənədlərini oxumaq və sadə qeydiyyat aparmaq bacarığı; Xarici dil biliyi üstünlükdür; İntizamlılık, məsuliyyət, komandada işləmək bacarığı və məxfiliyə riayət. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər. Telefon: 010 239 50 16

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.