Vakansiya haqqında
ABV şirkəti komandamıza qoşulacaq, 1C sisteminin idarə olunması, təkmilləşdirilməsi və texniki dəstəyi üzrə bilik və təcrübəyə malik 1C proqramçısı axtarır.
Vəzifə öhdəlikləri:
1C proqram təminatının hazırlanması, təkmilləşdirilməsi və optimallaşdırılması;
Mövcud 1C sistemində dəyişikliklərin və yeni funksionallıqların tətbiqi;
İstifadəçilərdən daxil olan texniki sorğuların araşdırılması və həll edilməsi;
1C sistemində yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
Digər proqram təminatları və sistemlərlə inteqrasiyanın həyata keçirilməsi;
Hesabatların, sorğuların və emal mexanizmlərinin hazırlanması;
Sistemin fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsi;
Mövcud sistemin kodunun təhlili və texniki sənədləşdirmənin aparılması.
Namizədə tələblər:
Ali təhsil (İT və ya müvafiq texniki sahə üzrə olması üstünlükdür);
1C proqramlaşdırılması üzrə minimum 5-7 il iş təcrübəsi;
1C platforması üzrə praktiki biliklər;
1C daxili proqramlaşdırma dili və sorğularla işləmək bacarığı;
SQL və verilənlər bazası ilə işləmək bilikləri;
İnteqrasiya mexanizmləri və API ilə işləmək bacarığı üstünlükdür;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Tam iş günü;
İş formatı: Ofisdən;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “1C Proqramçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
