Vakansiya haqqında
Namizədə Dair Tələblər:
Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi.
İş təcrübəsi: 4+ il
Proqram bilikləri:
MS Excel proqramını yüksək səviyyədə bilmək
Maliyyə modelləşdirilməsi, suni intellekt alətləri üzrə (AI) biliklər
Dil bilikləri:
İngilis (mütləqdir)hy və Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət və yazışma bacarığı (Rus dili bilikləri üstünlükdür).
Fərdi keyfiyyətlər (Soft Skills):
Yüksək dəqiqlik, analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və detaylara xüsusi diqqət yetirmək bacarığı.
Vəzifənin Məqsədi və Əsas Öhdəlikləri:
Büdcələrin hazırlanması və proqnozlaşdırılmasının həyata keçirilməsi
Büdcə icrasına nəzarət, faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsi və kənarlaşmaların təhlili
Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və monitorinqi
Məlumatların toplanması və düzgünlüyünün yoxlanılması məqsədilə aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi
Büdcələşdirmə və maliyyə proqnozlaşdırılması üzrə məlumatların dəqiqliyinin, tamlığının və ardıcıllığının təmin edilməsi
Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifə və tapşırıqların yerinə yetirilməsi
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: 5 günlük iş həftəsi (On-site / Ofis daxili)
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı / Böyük Maliyyə planlaşdırılması və təhlili mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
