Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Arash Company

Marketinq meneceri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Ekspert Lazer Mərkəzi dermatoloji klinikası üçün Marketinq meneceri vəzifəsinə namizəd axtarırıq. Vəzifə öhdəlikləri Klinikanın marketinq strategiyasının və aylıq/illik fəaliyyət planlarının hazırlanması və icrası; Marketinq kampaniyalarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili; Foto və video çəkilişlərin, reklam və kreativ layihələrin koordinasiyası; Klinikanın xidmətlərinin tanıdılması və pasiyent axınının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin həyata keçirilməsi; Marketinq büdcəsinin planlaşdırılması və xərclərin optimallaşdırılması; Rəqiblərin və bazarın təhlili, yeni marketinq imkanlarının müəyyən edilməsi; Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması və KPI göstəricilərinin izlənilməsi; Marketinq komandası və kənar əməkdaşlarla işin koordinasiyası. Namizədə tələblər: Marketinq / Biznesin idarə olunması sahəsində ali təhsil; Marketinq üzrə minimum 3 il iş təcrübəsi; Rəqəmsal marketinq, sosial media və reklam alətləri üzrə praktiki biliklər; Marketinq strategiyasının və kontent planlarının hazırlanması bacarığı Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları; Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər; Rus dili biliyi üstünlükdür; ​​​​​​​İş şəraiti İş yeri: Bakı şəhəri; İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00; Rəsmi əmək müqaviləsi; Əməkhaqqı müsahibə əsasında müəyyən edilir. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "Marketinq meneceri – Ekspert Lazer Mərkəzi" qeyd etməyiniz vacibdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.