Vakansiya haqqında
BOKT “INTERNATIONAL” ASC Kredit mütəxəssisi - aparıcı / baş vəzifəsinə işçi qəbulu elan edir
Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb
Vəzifə öhdəlikləri:
Müştərilərin kredit müraciətlərini qəbul etmək və ilkin qiymətləndirmə aparmaq;
Kredit məhsulları barədə müştərilərə ətraflı məlumat vermək;
Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini təhlil etmək;
Kredit sənədlərinin düzgün və tam şəkildə hazırlanmasını təmin etmək;
Kredit portfelinə nəzarət etmək;
Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
Şirkətin daxili prosedur və kredit siyasətlərinə riayət etmək.
Namizədə tələblər:
Ali təhsil və ya orta ixtisas təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında minimum 1 il iş təcrübəsi;
Maliyyə və kredit məhsulları haqqında ümumi biliklər;
Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
Yüksək ünsiyyət və müştərilərlə işləmək bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
Şirkət təklif edir:
Bonus və motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn: "Aparıcı/Baş - Kredit mütəxəssisi – Şimal".
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
