Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Restoranın gündəlik fəaliyyətini təşkil və idarə etmək.
İşçi heyətinin fəaliyyətinə və iş intizamına nəzarət etmək.
Müştəri məmnuniyyətini və yüksək xidmət keyfiyyətini təmin etmək.
Müştəri şikayətlərini operativ şəkildə həll etmək.
İşçilərin iş qrafikini və növbəliliyini təşkil etmək.
Restoranda təmizlik, səliqə və gigiyena qaydalarına nəzarət etmək.
Məhsul sifarişlərinə və anbar qalıqlarına nəzarət etmək.
İş prosesini koordinasiya etmək və yaranan problemləri operativ həll etmək.
Rəhbərliyə gündəlik fəaliyyət barədə hesabat təqdim etmək.
Namizədə tələblər
Ali təhsil.
Restoran idarəçiliyi sahəsində ən azı 3 il iş təcrübəsi.
Restoran idarəçiliyi və xidmət standartları haqqında biliklər.
İşçi heyətini idarə etmək və komanda işini təşkil etmək bacarığı.
Güclü ünsiyyət və müştərilərlə davranış bacarıqları.
Problemli vəziyyətlərdə operativ və düzgün qərar vermək bacarığı.
MS Office proqramlarından istifadə bacarığı.
Azərbaycan dilində səlis danışıq.
Rus və ya ingilis dillərinin ən az birini səlist bilmək.
Məsuliyyətli, diqqətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
Əməkhaqqı: 1000 AZN + bonus faizi.
İş qrafiki: 6 günlük iş qrafiki.
Qeyd: Şəkilli CV mütləqdir. Şəkilsiz CV-lərə baxılmayacaq.
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
