Vakansiya haqqında
Türk İlaç Ve Serum Sanayi A.Ş Azərbaycan Nümayənədliyi komandasına qoşulmaq üçün motivasiyalı, ünsiyyət bacarığı yüksək və nəticəyönümlü Tibbi nümayəndələr axtarırıq.
Namizədə tələblər:
Ali təhsil (tibb, əczaçılıq və biologiya sahələri üzrə təhsilə üstünlük verilir);
Ünsiyyət və təqdimat bacarıqları;
Komandada işləmək qabiliyyəti;
Məsuliyyətli və məqsədyönlü yanaşma;
Əczaçılıq sahəsində iş təcrübəsi üstünlükdür.
Sürücülük vəsiqəsi
Əsas vəzifələr:
Həkimlərlə peşəkar əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
Şirkətin dərman preparatları haqqında elmi və tibbi məlumatların təqdim edilməsi;
Gündəlik həkim ziyarətlərinin həyata keçirilməsi;
Şirkətin satış və marketinq strategiyasına uyğun fəaliyyət.\
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı;
Motivasiya və bonus sistemi;
Peşəkar təlimlər və inkişaf imkanları;
Karyera yüksəlişi;
Dinamik və peşəkar iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməyiniz xahiş olunur.
Güclü komandanın bir parçası olun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
