Vakansiya haqqında
BOOO Group komandamıza event sahəsində təcrübəsi olan Satış meneceri axtarırıq!
Vəzifə öhdəlikləri
Korporativ tədbirlər və teambuilding xidmətlərinin satışının həyata keçirilməsi;
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
Müştəri sorğularının idarə olunması və ehtiyaclara uyğun kommersiya təkliflərinin hazırlanması;
Müştərilərlə görüşlərin və satış danışıqlarının aparılması;
Satış prosesinin ilkin müraciətdən müqavilə mərhələsinədək idarə olunması;
Satış hədəflərinin yerinə yetirilməsi.
Namizədə tələblər
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Event sahəsində iş təcrübəsi üstünlükdür;
Korporativ müştərilərlə iş və B2B satış bacarıqları;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
Rus və ingilis dili biliyi üstünlükdür.
İş şəraiti
Əməkhaqqı: 1000 AZN + satış bonusları
Dinamik və peşəkar iş mühiti;
İrimiqyaslı korporativ layihələrdə iştirak imkanı;
Karyera və peşəkar inkişaf perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
