Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Connex MMC

SƏTƏM mütəxəsisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

CONNEX MMC həyata keçirdiyi layihələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarətin təmin edilməsi məqsədilə SƏTƏM mütəxəssisi vəzifəsinə işçi axtarır. Əsas vəzifə öhdəlikləri: Layihə sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət; İş sahələrində risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi; İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılması və fərdi mühafizə vasitələrindən istifadəyə nəzarət; SƏTƏM üzrə müvafiq sənədləşmənin və hesabatların aparılması; Təhlükəsizlik qaydalarının pozulması hallarının aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin təşkili. Namizədə tələblər: Müvafiq sahə üzrə ali təhsil; SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi; Tikinti və montaj layihələrində iş təcrübəsinə üstünlük verilir; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə qanunvericilik və normativ tələblərə dair biliklər; Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı; SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması, İş yeri: Əsasən şirkətin layihələrinin həyata keçirildiyi ərazilər. Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.