Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Yapı Kredi Bank Azərbaycan

Daxili Nəzarət və Komplayns departamentinin Daxili Nəzarət üzrə köməkçisi, mütəxəssisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifəyə olan tələblər: Ali təhsil; Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır; Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir; Sertifikatlı Daxili Auditor olmaq və ya bu imtahana başlamaq üstünlük sayılır; Ünsiyyət qurmaq qabiliyyəti vacibdir. Funksional Öhdəliklər: Bank aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi; Günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması; Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi, Daxili nəzarət və komplayens departamentinin müdirinin məlumatlandırılması; Bankın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.