Vakansiya haqqında
Restoranımıza ünsiyyətcil, məsuliyyətli və sosial media ilə işləməyi bacaran əməkdaş axtarırıq!
Vəzifə öhdəlikləri:
Qonaqları qarşılamaq və masalara yönləndirmək;
Telefon, WhatsApp və sosial şəbəkələrdən daxil olan müraciətləri cavablandırmaq;
Rezervasiyaları qəbul etmək və izləmək;
Menyu, kampaniyalar və tədbir paketləri barədə məlumat vermək;
Restoran xidmətlərinin korporativ müştərilərə təqdimatını etmək və satışına dəstək olmaq;
Sosial media səhifələri üçün gündəlik story və paylaşımlar hazırlamaq, foto və video çəkilişlərində iştirak etmək;
Müştəri rəylərini dinləmək və aidiyyəti şəxslərə çatdırmaq.
Tələblər:
Azərbaycan dilində səlis nitq və yazı bacarığı;
Nəzakətli ünsiyyət və təqdimat bacarığı;
Instagram və digər sosial media platformaları ilə işləmək bacarığı;
Operativlik, məsuliyyət və komanda ilə işləmək;
Rus dili bilən namizədlərə üstünlük veriləcək;
Müştəri xidmətləri, satış və ya restoran sahəsində təcrübə üstünlükdür.
İş şəraiti
Əməkhaqqı: 800 AZN + (korporativ satışlar üzrə bonus)
İş qrafiki: 6 günlük iş həftəsi
İş yeri: Nəsimi ray: Cəlil Məmmədquluzadə 85Z
Əlaqə: 010 410 05 55
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
