Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SAMT

Boya operatoru

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Avtomatik boya xəttinin işə salınması, dayandırılması və idarə olunması; Boyanacaq məmulatların konveyerə düzgün yerləşdirilməsi; Avadanlığın (püskürdücü tabancalar, konveyer sistemləri, kabin ventilyasiyası və s.) işinə nəzarət edilməsi; Boya miqdarının, rəngin və qat qalınlığının standartlara uyğun tənzimlənməsi; Səthin əvvəlcədən hazırlanması (yağdan təmizləmə, fosfatlama, zımpara – prosesə görə); Boya xəttində yaranan nasazlıqları vaxtında aşkar etmək və xətt menecerinə bildirmək; İş sahəsinin və avadanlığın təmizliyinə riayət etmək; Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək. Tələblər: Orta və ya texniki/peşə təhsili; Boyama, örtükləmə, istehsal sahəsi və ya oxşar sahələrdə iş təcrübəsi (Avtomatik konveyerli boya xətti təcrübəsi, boya qarışdırma təcrübəsi və s. üstünlükdür) – 1 il; Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər; Elektrostatik püskürtmə örtük sistemləri, qurutma sobaları və səth hazırlama üsulları ilə tanışlıq; Boya kabinləri, tabancaları və filtrasiya sistemləri ilə işləmə bacarığı; Rəng keçidi, qat qalınlığı və səth hazırlığı haqqında ilkin biliklər; Boyanın texniki göstəricilərinə uyğun iş prinsiplərini bilmək üstünlükdür; Örtüklər və kimyəvi maddələrlə əlaqəli əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında əsas biliklər; Sənaye şəraitində keyfiyyət standartlarını anlamaq; İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək; İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı. Şirkət tərəfindən verilən imtiyazlar: Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Boya operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.