Vakansiya haqqında
Korporativ hədiyyələr və reklam məhsulları sahəsində fəaliyyət göstərən şirkətimizə təcrübəli Korporativ Satış Meneceri axtarırıq!
Namizədə tələblər:
Korporativ (B2B) satış sahəsində minimum 2–3 il iş təcrübəsi;
Mövcud korporativ müştəri bazasının olması – əsas şərtdir;
Şirkətlərlə, dövlət və özəl müəssisələrlə işgüzar əlaqələrin olması;
Satış və danışıqlar aparmaq, müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;
Nəticəyönümlü və təşəbbüskar olmaq.
Vəzifə öhdəlikləri:
Korporativ hədiyyələr və promo məhsulların B2B satışı;
Mövcud müştəri bazası ilə aktiv iş və yeni müştərilərin cəlb edilməsi;
Korporativ müştərilərlə görüşlərin və danışıqların təşkili;
Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
Satış hədəflərinin yerinə yetirilməsi və müştəri portfelinin genişləndirilməsi.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı;
Sabit maaş + satış nəticələrinə əsaslanan yüksək bonus sistemi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Perspektivli və dinamik iş mühiti.
İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Qeyd: Korporativ satış təcrübəsi və aktiv müştəri portfeli olan namizədlərə üstünlük veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
