Vakansiya haqqında
ALFA KAPİTAL BOKT MMC region filialları üzrə komandasını genişləndirir Bərdə, Gəncə, Salyan və Qazax şəhərlərində işləmək istəyən namizədləri əməkdaşlığa dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
Potensial müştərilərin cəlb edilməsi və kredit məhsullarının təqdim olunması;
Kredit müraciətlərinin qəbulu və ilkin təhlili;
Müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Kredit portfelinin monitorinqi və ödənişlərə nəzarət;
Gecikmiş ödənişlərin azaldılması istiqamətində tədbirlərin görülməsi;
Yeni müştəri bazasının formalaşdırılması və satış hədəflərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili;
Bank və ya BOKT sahəsində təcrübə arzuolunandır;
Ünsiyyət və satış bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və öyrənməyə həvəs;
MS Office proqramlarından istifadə bacarığı;
Regionda işləmək imkanı.
Yaş: 20-35
Biz nə təklif edirik?
Rəsmi əməkdaşlıq və ödənişli təcrübə imkanı;
Əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi — vəzifə və əməkdaşlıq şərtlərinə uyğun olaraq;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Dinamik və dəstəkləyici iş mühiti.
5 günlük iş qrafiki
Korporativ mobil nömrə
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və müraciətinizdə işləmək istədiyiniz şəhəri qeyd edin.
Mövzu: Kredit mütəxəssisi (İstehlak) – Bərdə / Gəncə / Salyan /Qazax
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
