Vakansiya haqqında
Vumes MMC komandamıza təcrübəli Kateqoriya Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri:
İdarə olunan məhsul kateqoriyaları üzrə strategiyanın hazırlanması və icrasının təmin edilməsi;
Kateqoriya üzrə satış, marketinq və maliyyə göstəricilərinin təhlili, müvafiq hesabatların hazırlanması;
Yeni məhsulların hazırlanması, bazara çıxarılması və inkişaf prosesinin idarə edilməsi;
Bazar araşdırmalarının aparılması, rəqiblərin və qiymət siyasətinin təhlili;
Kateqoriya üzrə marketinq və qiymət strategiyalarının hazırlanması və tətbiqinə dəstək göstərilməsi;
Satış komandası və digər struktur bölmələrlə koordinasiyalı əməkdaşlığın təmin edilməsi.
Namizədə dair tələblər:
Ali təhsil;
Kateqoriya menecmenti sahəsində minimum 5 il iş təcrübəsi;
Satış, marketinq və maliyyə göstəricilərinin təhlili, hesabatların hazırlanması üzrə bilik və təcrübə;
Bazar araşdırması, rəqabət təhlili və qiymət strategiyalarının formalaşdırılması bacarığı;
Güclü analitik düşünmə, planlaşdırma və qərarvermə bacarığı;
Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
İş şəraiti:
İş qrafiki: 5 günlük;
Nahar şirkət tərəfindən təmin olunur.
CV-lərinizi mövzu hissəsində “Kateqoriya meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
