Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Foodcity Agropark

Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis (Xudat)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tələblər: Qida məhsullarının mühəndisliyi, qida təhlükəsizliyi, standartlaşdırma və sertifikasiya, metrologiya və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və digər beynəlxalq standartlar üzrə biliklər; Keyfiyyət idarəetmə sistemləri və daxili audit prosesləri üzrə biliklər; Prosedurların, təlimatların və digər sistem sənədlərinin hazırlanması və idarə olunması bacarığı; MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər; Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilmək; Analitik düşünmə, ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarıqları. Vəzifə öhdəlikləri: Beynəlxalq standartların tələblərinə uyğun prosedurların, təlimatların, proseslərin və digər sistem sənədlərinin hazırlanmasını və yenilənməsini təmin etmək; Şirkətdə tətbiq olunan sənədlərin qeydiyyatının və dövriyyəsinin aparılmasına, habelə sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək; İllik audit planına uyğun daxili auditlər keçirmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək; Auditlər və proseslərin fəaliyyəti zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirləri təşkil etmək və izləmək; Keyfiyyət hədəfləri üzrə göstəriciləri təhlil etmək, nəticələrə dair hesabatlar hazırlamaq; Şirkətdə beynəlxalq standartların tətbiqini, idarəetmə sistemlərinin davamlı fəaliyyətini və təkmilləşdirilməsini təmin etmək; Sertifikatlaşdırma auditlərində iştirak etmək və standartların tələblərinə uyğunluğun qorunmasına dəstək göstərmək; İşçilər üçün standartlar, keyfiyyət idarəetmə sistemləri və prosedurların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək; Biznes proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq. İş şərtləri və əlavə üstünlüklər: İş yeri: Xudat şəhəri; Könüllü tibbi sığorta (3 ay sonra); “Dəyərlisən” mobil tətbiqi – PAŞA Loyallıq platforması. Vakansiya ilə bağlı “Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.