Vakansiya haqqında
İstehsalat proseslərinin fasiləsiz və effektiv işləməsində avtomatika sistemlərinin rolu böyükdür. Bu sahədə texniki bilik və təcrübəsinə güvənən mütəxəssisləri AAC MMC komandasına qoşulmağa dəvət edirik!
Əsas vəzifə öhdəlikləri:
Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməsi;
Ölçmə, tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmət göstərilməsi;
Avtomatika və elektronika sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Baş vermiş texniki xətaların səbəblərinin araşdırılması;
PLC sistemlərinin konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirində iştirak;
Avtomatika avadanlıqlarının planlı-xəbərdaredici təmir işlərinin həyata keçirilməsi;
Avtomatika sistemlərinə aid avadanlıqların gündəlik, aylıq və illik texniki baxış və təmir işlərinin icrası;
Qazanxana və su təmizləmə sistemlərinin gündəlik nəzarətdə saxlanılmasında iştirak;
Görülmüş işlərlə bağlı müvafiq texniki sənədləşmənin aparılması.
Namizədə tələblər:
Avtomatika, elektronika, elektrik və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
Müvafiq sahədə iş təcrübəsi;
PLC sistemləri, idarəetmə kontrollerləri və sənaye avtomatikası üzrə biliklər;
Elektrik və avtomatika sxemlərini oxumaq və analiz etmək bacarığı;
Ölçmə, tənzimləmə və siqnallama sistemləri haqqında biliklər;
Kompüter bilikləri;
Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür;
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Əmək haqqı: 1 200 – 1 500 AZN
İş şəraiti:
İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
İş rejimi: 2 növbəli iş qrafiki;
Nahar şirkət tərəfindən təmin olunur;
Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
