Vakansiya haqqında
AAC MMC komandamıza Elektrik vəzifəsi üzrə məsuliyyətli və peşəkar əməkdaş axtarır!
Əsas vəzifə öhdəlikləri:
Zavodun elektrik şəbəkəsinin və elektrik avadanlıqlarının düzgün istismarını təmin etmək;
Elektrik qurğularının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Növbə ərzində yaranan elektrik nasazlıqlarını operativ şəkildə aradan qaldırmaq;
Elektrik avadanlıqlarının təmir, montaj və sazlama işlərini həyata keçirmək;
Zavod ərazisində elektrik sistemləri ilə bağlı yaranan problemləri müəyyən etmək və həll etmək;
Gündəlik, aylıq və illik təmir planlarına uyğun olaraq texniki baxış və təmir işlərini yerinə yetirmək;
Aradan qaldırılmış nasazlıqlar barədə müvafiq qəza bildirişlərini hazırlayaraq növbə rəhbərinə təqdim etmək.
Namizədə tələblər:
Elektrik, elektronika və ya müvafiq texniki sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir);
Kompüter bilikləri;
Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
İş şəraiti:
İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
İş rejimi: 2 növbəli iş qrafiki;
Nahar şirkət tərəfindən təmin olunur;
Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan servis xidməti mövcuddur.
Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
