Vakansiya haqqında
Mazarina Trade Company-nin Təslimat şöbəsinə depo fəhləsi tələb olunur!
İş şəraiti
İş yeri: Xırdalan
Əmək haqqı: 655 AZN
İş qrafiki: 5 günlük
İş saatları: 17:00 – 02:00
Vəzifə öhdəlikləri:
Mağazalar üzrə sifarişlərin yığılması və hazırlanması;
Sifarişlərin avtomobillərə yüklənməsi və boşaldılması;
Məhsulların anbar daxilində daşınması və yerləşdirilməsi;
Məhsulların qəbulu və çeşidlənməsi;
Sifarişlərin düzgün və vaxtında hazırlanması;
Anbarda təmizlik və səliqə-sahmanın qorunması.
Namizədə tələblər:
Məsuliyyətli və intizamlı olmaq;
Fiziki işə uyğun olmaq;
Komandada işləmək bacarığı;
Anbar sahəsində təcrübə arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
