Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

FBCO MMC

Komanda Üzvü - Wagamama

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Şirkət: FBCO LLC Vakansiya: Komanda Üzvü-Wagamama İş Yeri: FBCO LLC Lokasiya: Port Baku Tower 2 Wagamama – 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq restoran brendidir. Bu gün Wagamama dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir və 230-dan çox restoranı ilə milyonlarla qonağa yüksək keyfiyyətli yemək və unikal restoran təcrübəsi təqdim edir. İnkişafa, komandaya və mükəmməl qonaq xidmətinə dəyər verən Wagamama artıq Azərbaycandadır və komandamıza enerjili, məsuliyyətli və inkişaf etməyə həvəsli əməkdaşlar dəvət edir. Vəzifənin təsviri wagamama restoranında qonaqların qarşılanması, sifarişlərin qəbulu, yemək və içkilərin təqdim edilməsi, kassa və POS sistemləri ilə iş, içkilərin hazırlanması və menyuya uyğun qida hazırlığı daxil olmaqla müxtəlif tapşırıqları yüksək keyfiyyət, gigiyena və xidmət standartlarına uyğun yerinə yetirmək. Əməliyyat ehtiyaclarına əsasən, müvafiq təlimdən sonra və hazırlıq səviyyəsinə uyğun olaraq restoranın müxtəlif iş stansiyalarında çevik fəaliyyət göstərmək. Çoxfunksiyalı iş prinsipi (Multi-skilled Team Member) Əməkdaş restoranın əməliyyat ehtiyaclarına uyğun olaraq zal, bar, kassa, qonaqların qarşılanması və digər müvafiq iş sahələrində fəaliyyət göstərməyə, yeni funksiyaları öyrənməyə və müxtəlif vəzifələr arasında çevik şəkildə keçid etməyə hazır olmalıdır. Komanda üzvünün fəaliyyəti yalnız bir iş stansiyası ilə məhdudlaşmır. Əməliyyat ehtiyaclarından və menecerin iş bölgüsündən asılı olaraq əməkdaş bir gün ofisiant, növbəti gün bar əməkdaşı, digər gün kassir və ya qonaqların qarşılanması üzrə əməkdaş kimi çalışa bilər. Bu funksiyalar yalnız müvafiq təlim keçildikdən sonra və əməkdaşın hazırlıq səviyyəsinə uyğun olaraq yerinə yetirilməlidir. Əməkdaş təlimlərdə iştirak etməli, yeni funksiyaları öyrənməli və hazırlığı yetərli olmayan tapşırıq barədə menecerə məlumat verməlidir. Kassa İşləri: Müştəri tranzaksiyalarını yerinə yetirmək, nağd vəsaiti idarə etmək; kassa və POS sistemlərində sifarişləri düzgün qeyd etmək, nağd və nağdsız ödənişləri qəbul etmək. Müştəriləri loyallıq proqramları və aksiyalar barədə məlumatlandırmaq. Mövsümi və promosyon məhsullarını təklif etmək və satmaq. Növbənin açılması və bağlanması prosedurlarına riayət etmək. Qonaqların qarşılanması və zal xidməti Qonaqları nəzakətlə qarşılamaq, uyğun masaya yönləndirmək və menyunu təqdim etmək. Sifarişləri diqqətlə qəbul etmək, dəqiqləşdirmək və POS sisteminə düzgün daxil edərək aidiyyəti iş stansiyalarına ötürmək. Yeməkləri və içkiləri wagamama xidmət və təqdimat standartlarına uyğun qonaqlara təqdim etmək. Qonaqların müraciətlərinə operativ cavab vermək, həlli səlahiyyətindən kənar olan məsələləri menecerə yönləndirmək. İstifadə olunmuş qabları toplamaq, masaları təmizləmək və növbəti qonaqlar üçün servisə hazırlamaq. İçkilərin Hazırlanması: Kofe, çay və digər içkiləri standartlara uyğun hazırlamaq və təqdim etmək. Təhlükəsizlik və gigiyena standartlarına əməl edərək iş yerini təmiz və nizamlı saxlamaq. İçki avadanlıqlarını işlətmək və təmir ehtiyaclarını bildirmək. Qida Hazırlığı: wagamama menyusundakı yeməklərin hazırlığı və təqdimata hazırlanması üzrə tapşırıqları təsdiqlənmiş reseptlərə, porsiya, təqdimat və əməliyyat standartlarına uyğun, müvafiq təlimdən sonra və hazırlıq səviyyəsi çərçivəsində yerinə yetirmək. Tərkib hissələrinin təzə olmasını, düzgün saxlanmasını və hazır olmasını təmin etmək. Ehtiyat səviyyələrini izləmək və çatışmazlıqları bildirmək. Mətbəxi təmiz və nizamlı saxlamaq. Qida təhlükəsizliyi və allergenlər Qida təhlükəsizliyi, şəxsi gigiyena, məhsulların saxlanması və istifadə müddətlərinə dair restoranın qaydalarına riayət etmək. Qonağın allergenlərlə bağlı məlumat və xüsusi tələblərini dəqiqləşdirmək, sifarişdə qeyd etmək və aidiyyəti mətbəx, bar əməkdaşlarına və menecerə çatdırmaq. Allergenlər barədə yalnız təsdiqlənmiş məlumatlara əsaslanmaq; məlumat dəqiq olmadıqda menecerlə dəqiqləşdirmək. Çarpaz təmasın qarşısını almaq üçün müəyyən edilmiş qaydalara əməl etmək. Tələblər Korporativ standartlara və iş qaydalarına riayət etmək. Yüksək səviyyədə müştəri xidməti təmin etmək. Texniki və ya əməliyyat problemlərini menecerə bildirmək. Kassa idarəçiliyi İçkilərin hazırlanması Qida hazırlığı Müştəri xidməti İş sahəsinin təmizliyi və saxlanması Sağlamlıq və təhlükəsizlik qaydalarına əməl Komanda ilə əməkdaşlıq Qonaqların qarşılanması, sifarişlərin qəbulu və zal xidməti Masaların təmizlənməsi və servisə hazırlanması Qida təhlükəsizliyi və allergenlərlə bağlı qaydalara riayət Təlim və hazırlıq səviyyəsinə uyğun müxtəlif iş stansiyalarında fəaliyyət Peşəkar Biliklər: Kassa və POS sistemləri ilə işləmək üzrə bilik və təcrübə üstünlükdür. Barista işi, kofe avadanlıqları və içkilərin hazırlanması üzrə biliklər üstünlükdür. Qida hazırlığı üzrə baza bilik və bacarıqları üstünlükdür. Mətbəx gigiyenası və təhlükəsizlik standartları ilə tanışlıq. Rus və ingilis dilləri üzrə biliklər üstünlükdür. Təhsil: Orta təhsil (kulinar təhsil və ya sertifikat üstünlükdür). İş Təcrübəsi: Restoran və xidmət sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür. Əvvəlki iş təcrübəsi məcburi tələb deyil. Peşəkar Bacarıqlar və Kompetensiyalar Komanda ilə işləmə bacarığı. Təmizliyə və gigiyenaya diqqət. Peşəkarlıq və müştəri yönümlü yanaşma. Güclü ünsiyyət və interpersonal bacarıqlar. Dəqiqlik və təlimatlara əməl etmək bacarığı. Zamanın idarə edilməsi və təşkilati bacarıqlar. Çevik və çoxfunksiyalı iş mühitinə uyğunlaşma bacarığı. Yeni funksiyaları öyrənməyə və müvafiq təlimlərdə iştirak etməyə hazır olmaq. wagamama brendinin xidmət və əməliyyat standartlarını mənimsəmək və onlara uyğunlaşmaq bacarığı. Qida təhlükəsizliyi və allergenlərlə bağlı təlimatları öyrənmək və onlara riayət etmək. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.